ANN.Az APA-ya istinadən xəbər verir ki, Ohanyan Dağlıq Qarabağdakı silahlı separatçı qrupların komandanlığı ilə qoşunların təmas xəttində olub.
Ermənistanın müdafiə naziri ön xətdəki dayaq məntəqələrində olub, xidmət şəraiti, mühəndis işləri ilə tanış olub. S. Ohanyanın Qarabağa Ermənistandan avtomobil vasitəsi ilə gəlməsi diqqət çəkib.
Qeyd edək ki, noyabrın 12-də işğal altındakı Azərbaycan ərazilərində hərbi təlimlər keçirən Ermənistan Ordusuna məxsus bir Mi-24 zərbə helikopteri Azərbaycan Ordusunun mövqelərinə hücum zamanı vurulub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !