Ohanyan Bakını təriflədi

17:48 | 15.10.2014
Ohanyan Bakını təriflədi

Ohanyan Bakını təriflədi

Ermənistan müdafiə naziri Seyran Ohanyan İrəvandakı Fransız Universitetində çıxışı zamanı Azərbaycanın silahlanmasını normal sayıb.ANS PRESS-in məlumatına görə, söhbət Azərbaycanın Xəzərdəki hərbi donanması üçün Rusiyadan silah və hərbi sistemlər almasından gedib. Erməni nazir bildirib ki, Xəzər dənizi hövzəsi yetərincə çətin regiondur. “Orada 5 dövlət var və onlar əməkdaşlıq etməlidirlər. Biz bu əməkdaşlığa normal baxırıq. Bu əməkdaşlıq regionda təhlükəsizlik problemlərini daha möhkəm əsas üzərinə qoyacaq. Bu cür əməkdaşlıq olmazsa, təçhlükəsizlik baxımından regionda vəziyyət normal ola bilməz”, - deyə Seyran Ohanyan vurğulayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM