"Təsdiqini tapmış faktlar var ki, "İslam dövləti"nin sıralarında çoxlu sayda azərbaycanlı yaraqlı döyuşür.
Eləcə də müəyyən sayda başqa Qafqaz xalqlarının nümayəndələri.
Terrorçuluq yolu keçmiş həmin adamların geri qayıdışı ilk növbədə öz ölkələrinə, daha sonra isə birbaşa Ermənistana təhlükə yaradacaq".
Bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib - Yerevanda NATO-nun "Rose-Roth" seminarında.
Onun sözlərinə görə, "İslam dövləti" cənubi Qafqaz sərhədlərinə yaxınlaşır.
Buna görə də Ermənistan öz təhlükəsizliyini "çoxvektorlu" edir.
Həm MDB, həm də NATO ilə hərbi əməkdaşlıq edir. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !