Ermənistan ordusu son günlər 60-dan çox zabit itirib?
Ermənistan müdafiə naziri Seyran Ohanyan bu İrəvanda keçirdiyi mətbuat konfransında cəbhə xəttində yaranmış gərginlikdən danışıb.
ANS PRESS-in məlumatına görə, baş verənlərdə Azərbaycanı günahlandıran, Ermənistan ordusunun möhkəm dayandığını iddia edən Ohanyan özü də bilmədən işlətdiyi ifadələrlə cəbhə xəbərlərini erməni xalqından gizlətdiklərini dilə gətirib.
“Biz əməliyyatlarımızın bütün detallarını aça bilmirik. Bir çox faktları axıra qədər aydınlaşdırdıqdan sonra təqdim edəcəyik. Həlak olmuş əsgərləri biz itirmədik, qazandıq. Qəhrəman kimi qazandıq”,- deyə Seyran Ohanyan qeyri-ixtiyari şəkildə əsgər ölümlərini gizlətdiklərini bildirib.
Qeyd edək ki, Ermənistan ordusu son təxribatı zamanı 71 nəfər itirdiyi halda, rəsmi İrəvan yalnız 4 nəfərin həlak olduğunu bəyan edir. Seyran Ohanyan isə dolayısı ilə həmin faktı istintaq başa çatdıqdan sonra açacaqlarını vurğulayır.
Ohanyan bu günkü mətbuat konfransında təmas xəttindən əsasən erməni zabitlərin dayandığını vurğulayıb. Yəni erməni nazirin sözlərindən belə çıxır ki, Ermənistan ordusu əsasən zabitləri itirib. Amma sadəcə, ölən əsgərlərin adı açıqlanıb.
ANN.Az