Ermənistanın müdafiə naziri Seyran Ohanyan yenidən Azərbaycan sərhədinə gəlib. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlama yayıb.Açıqlamaya görə, Ohanyan dünən axşam saatlarında Tavuş vilayətinə səfər edib. O, səfəri zamanı Azərbaycanla sərhədboyu yerləşən kəndlərə gedib.Müdafiə nazirinin bölgəni nə vaxt tərk edəcəyi bilinmir.Qeyd edək ki, son vaxtlar erməni kəşfiyyat-təxribat qrupu Ordumuzun mövqelərinə basqını zamanı xeyli itki verdiyinə görə, erməni əsgərlərdə ruh düşkünlüyü yaranıb. Erməni mətbuatının məlumatına görə, Azərbaycanla sərhəddə yerləşən kənd sakinləri ərazini tərk etməyə çalışır. Seyran Ohanyan son günlər tez-tez həmin kəndlərə gedir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !