Ohanyandan kəlbəcərli girovlarla bağlı TƏKLİF GƏLDİ

15:14 | 15.08.2014
Ohanyandan kəlbəcərli girovlarla bağlı TƏKLİF GƏLDİ

Ohanyandan kəlbəcərli girovlarla bağlı TƏKLİF GƏLDİ

Karen Petrosyanın meyitinin qaytarılması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi iş görür.Axar.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə Ermənistanın Müdafiə naziri Seyran Ohanyan çıxış edib.O, Qırmızı Xaçın bu işlə Karen Petrosyanın əsir düşdüyü gündən etibarən məşğul olduğunu bildirib:“Biz Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq edirik. Bu dəqiqə Karen Petrosyanın cəsədinin qaytarılması, ya da əvəz edilməsi ilə bağlı iş gedir”.Karen Petrosyan avqustun 7-də Tovuzun Ağbulaq kəndində ələ keçmişdi. Avqustun 8-də isə onun ölməsi haqqında Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yaydı.Xatırladaq ki, hal-hazırda Ermənistanda iki kəlbəcərli mülki şəxs – Dilqəm Əsgərov və Şahbaz Quliyev girov saxlanılır. Onlarla bir yerdə Kəlbəcərə gedən Həsən Həsənov isə öldürülüb və Qırmızı Xaçın verdiyi məlumata görə, orada dəfn edilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM