Oksana Elşada döyülməyindən danışdı

11:08 | 29.01.2018
Oksana Elşada döyülməyindən danışdı

Oksana Elşada döyülməyindən danışdı

"6 ildir ki, azad qadınam. Valideynlərimdən başqa kiminsə ixtiyarı yoxdur ki, azadığımça mane olsun və məni qısqansın. Hər şey "Mələyin öpüşü” filminsdən sonra başladım”. 

"Qafqazinfo” xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova "Hər şey daxil” verilişində deyib. O, ilk dəfə Elşad Xosenin onu döyməsi barədə yayılan xəbərə münasibət bildirib. 

Rəsulova hadisə zamanı polisə zəng etdiyini, tez bir zamanda müdaxilə olunduğunu söyləyib:

"Kommersiya baxımından öz cibimi düşündüm və Elşad Xoseyə layihəyə çəkilmək üçün təklif etdim. Başqa aktyorlarla öpüşə bilməzdim. Bundan sonra mənə yaxınlaşdı. Dava isə... Sağ olsun polislərimiz, vaxtında müdaxilə etdilər. Əslində böyük hadisə olmamışdı, sadəcə qloballaşdırdılar”. 

Qeyd edək ki, 2017-ci il oktyabr ayında Binəqədi rayon Polis İdarəsinə müraciət edən O.Rəsulova keçmiş əri E.Xose tərəfindən döyüldüyünü bildirib. Həmin zaman Xose saxlanılaraq ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM