Oksanadan Elşad Xose tərəfindən döyülməsinə reaksiya

23:51 | 27.10.2017
Oksanadan Elşad Xose tərəfindən döyülməsinə reaksiya

Oksanadan Elşad Xose tərəfindən döyülməsinə reaksiya

Bu gün reper Elşad Xose Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu iddia ilə Qafqazinfo.az saytı çıxış edib. İddiaya görə reperin saxlanılmasına keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulovanı döyməsi səbəb olub.

Lakin, Yenicag.az saytına açıqlama verən cazibədar rəqqasə xəbəri təkzib edib:

"Bu cür sarsaq xəbərləri kim yayır, bilmirəm. Bayaqdan nə qədər adam zəng edib, dostlarım narahat olub. Çox əsassız söhbətdir. Axı Elşad məni niyə döyməlidir ki? Kim bu söhbəti hansı səbəbdən uydurub bilmirəm. Əsassız xəbərə də şərh bildirmək istəmirəm. Məni belə söhbətlərə qatmayın”.

Qeyd edək ki, Elşad Xose ilə Oksana Rəsulova 5 il öncə ayrılıb. Cütlük boşansa da, mətbuatda hər zaman dost olduqlarını bildiriblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM