• $ 1.7
  • € 1.9814
  • ₽ 0.022222
  • ₺ 0.0399
  • £ 2.2681

“Oksford” lüğəti ilin sözünü seçdi

“Oksford” lüğəti ilin sözünü seçdi
19.11.2013 20:53

İngilisdilli “Oksford” lüğətinin müəllifləri “selfie” (özünün fotoşəkli) sözünü 2013-cü ilin sözü kimi seçiblər.  

Lüğət redaksiyası bu qərarı əvvəlcə yalnız sosial şəbəkə istifadəçiləri tərəfindən istifadə olunan sözdən istifadənin kəskin artması ilə izah edib. Belə ki, “Oksford” lüğəti müəlliflərinin hesablamalarına əsasən, 2012-ci illə müqayisədə “selfie” sözündən istifadə 17 min faiz artıb.

Lüğət müəllifləri “selfie” sözünə adətən smartfon və ya veb-kameranın köməyi ilə istifadəçinin özü tərəfindən çəkilən və sosial şəbəkələrdə yerləşdirilən fotoşəkil mənasını veriblər. İlk dəfə bu söz 2002-ci ilin sentyabrında Avstraliyanın internet forumlarının birində istifadə olunduqdan sonra yayılmağa başlayıb.   

“Oksford” lüğətinin versiyasına əsasən, 2013-cü ilin sözünə layiq görülə biləcək digər sözlər sırasında “twerk” (məşhur rəqs), “bitcoin” (virtual valyutanın adı) və “unlike” (bəyənməmək) olub.  

“Oksford” lüğəti dünyada ingilis dilinin ən nüfuzlu nəşrlərindən biri hesab olunur. Lüğət 1884-cü ildən çap edilir və mütəmadi olaraq yeni sözlərlə zənginləşdirilir, - "Lenta www.lenta.ru” yazır.  

ictnews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
On bir ayda qeyri neft ixracının həcmi artıb
İqtisadiyyat 15:51
On bir ayda qeyri neft ixracının həcmi artıb
Birbank Star – xərcləməyi rahatlaşdıran kredit kartı
İqtisadiyyat 14:47
Birbank Star – xərcləməyi rahatlaşdıran kredit kartı
Yelo Invest-də komissiyasız alış günləri yenidən başladı!
İqtisadiyyat 13:44
Yelo Invest-də komissiyasız alış günləri yenidən başladı!
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
İqtisadiyyat 13:21
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir


Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 2 dəfəyə yaxın artırıb
İqtisadiyyat 11:42
Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 2 dəfəyə yaxın artırıb
SOCAR-ın mənfəəti artıb
İqtisadiyyat 11:01
SOCAR-ın mənfəəti artıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:15
Qızıl bahalaşıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:53
Azərbaycan nefti ucuzlaşıb
Avro və rubl ucuzlaşıb - Günün məzənnəsi
İqtisadiyyat 09:17
Avro və rubl ucuzlaşıb - Günün məzənnəsi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol