Oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənildi

12:52 | 24.10.2020
Oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənildi

Oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.

Anews.az-a verilən məlumata görə, müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Vətəndaşlar hesablarına köçürülmüş vəsaiti Kapital Bankdan onlara verilmiş bank kartları vasitəsilə həmin bankın bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə isə oktyabr ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM