Anews.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Üzgüçülük Federasiyasına yenidən prezident seçilmiş Xanlar Fətiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, federasiyanın əsas hədəfi kütləviliyi təbliğ etməkdir: "Çalışırıq ki, beynəlxalq yarışlarda iştirak edək və nəticələr qazanaq. Pis-yaxşı çıxış etmişik. Əvvəl əcnəbi idmançılar idi. İndi isə yerli üzgüçülərimiz var. Olimpiada medal qazanmaq istəyirik. Biz heç vaxt "Əsas iştirakdır" prinsipi ilə qatılmamışıq. Təəssüf ki, nəticə verə bilməmişik".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !