Yaponiya hökuməti Tokio Olimpiadasına qatılmaq üçün buraya gələcək "Delta” ştamının geniş yayıldığı altı ölkənin yığma komandasına nəzarəti gücləndirəcək.
"Qafqazinfo” "Yomiuri” qəzetinə istinadla xəbər verir ki, bu nəzarət Hindistan, Pakistan, Nepal, Şri-Lanka, Maldiv və Əfqanıstan yığmalarına tətbiq ediləcək.
Qeyd edilir ki, artırılmış tələblər iyulun 1-dən qüvvəyə minəcək. Digər idmançılar isə Yaponiyaya gəlməzdən 96 saat əvvəl iki koronavirus testi verməlidirlər.
Xatırladaq ki, Tokio Olimpiya oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.
Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, "Delta” ştamı artıq 85 ölkədə qeydə alınıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !