Olimpiya çempionundan etiraf: "Yarışa gedəndə məni zorladı"

13:44 | 18.10.2017
Olimpiya çempionundan etiraf:

Olimpiya çempionundan etiraf: "Yarışa gedəndə məni zorladı"

Ukrayna və keçmiş Sovet gimnastı Tatyana Qutsu 15 yaşı olarkən cinsi təcavüzə məruz qalıb.

Yenicag.az xəbər verir ki, bu barədə ikiqat Olimpiya çempionu öz "Facebook” səhifəsində yazıb. 41 yaşlı sabiq gimnast SSRİ yığması üzrə keçmiş tərəfdaşı, belarus Vitali Şerbo tərəfindən zorlandığını etiraf edib:

"Mən artıq qorxmuram. Ona görə də açıq deyə bilərəm ki, 1991-ci ildə Ştutqartda yarışma keçirilən vaxt mənə təcavüz olunub. Vitali Şerbo – mənim uzun illər öz qorxu hissimin əsirində qalmağıma səbəb olan monstr… Sən artıq məni sındırmayacaqsan”.
15 yaşı olduqda təcavüzün qurbanı olduğunu deyən Tatyana həmin vaxt digər idmançıların ona kömək etmədiyini vurğulayıb:

"Rəfiqə hesab etdiyim Tatyana Toropova, sənə hər şeydən çox ehtiyacım olduqda cəsarətini toplamadığın üçün təşəkkür edirəm. Sən oradaydın və hər şeyi eşidirdin. Lakin məni müdafiə etmədin. Rüstəm Şaripov, dostunu qoruduğun və mənə – 15 yaşlı kiçik qıza kömək etmədiyin üçün təşəkkür edirəm”.
Qeyd edək ki, 45 yaşlı Şerbo altıqat Olimpiya çempionu, gimnastika üzrə SSRİ idman ustasıdır. Bundan əlavə, o, 4 dəfə dünya çempionatında adını zirvəyə yazdırıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM