İqtisadçı ekspert Samir Əliyev dünyada indiyə kimi keçirilmiş Olimpiya oyunlarına çəkilmiş xərclər barədə statistik məlumat yayıb.
Bu barədə sosial şəbəkədə yazan ekspert bildirib ki, Olimpiya oyunlarına çəkilən xərclər həmişə cəmiyyətdə müzakirə mövzusu olur: "Hökumətlər effektiv işlədiklərini sübut etmək üçün xərclərin real həcmini azaltmağa çalışır. Ona görə də rəsmi məlumatlar müstəqil məlumatlardan fərqlənir. Rəsmi məlumatlarda bir qayda olaraq xərcləmələr az göstərilir. İstənilən halda Olimpiya oyunlarına çəkilən xərclər hər bir ölkənin inkişaf səviyyəsindən, infrastrukturunun səviyyəsindən asılı olaraq dəyişir. Xüsusilə də əlverişli infrastrukturu olan ölkələrdə xərclər az, qazanc çox olur. Müxtəlif hesablamalara görə, dünyada Olimpiya oyunlarına çəkilən xərclər orta hesabla 4 milyard dollar civarında dəyişir. Yay Olimpiadasının xərcləri ($6 milyard) qış oyunları ilə ($2,4 milyard ) müqayisədə daha baha başa gəlir.
Bir reallıq var ki, xərclər həmişə ilkin nəzərdə tutulan smetadan çox olur. Məsələn, 1992-ci ildə Barselonada keçirilən Olimpiya oyunlarının sematası 325% çox olub. Bu fərq Atlantada (ABŞ, 1996) 147%, Sidneydə (Avstraliya, 2000) 90%, Londonda (Britaniya, 2012) 290% çox olub. Rusiyada kənarlaşma dəfərlədir. Hətta Yaponlar da 1998-ci ild smetanı 56% artırmalı olublar.
Olimpiya oyunlarının keçirilməsinə yönəldilən vəsaitlərin həcminə gəldikdə isə, onların bəzilərii diqqətinizə çatdırırıq:
1988 – XV Qış oyunları – Kalqari (Kanada) – $1,07 milyard
1992 - XVI Qış oyunları – Albervil (Fransa) - $2,03 milyard
1992 - XXV Yay oyunları – Barselona (İspaniya) - $2,93 milyard
1994 - XVII Qış oyunları – Lilyhammer (Norveç) - $2,03 milyard
1996 - XXVI Yay oyunları – Atlanta (ABŞ) - $4,05 milyard
1998 - XVIII Qış oyunları – Naqano (Yaponiya) - $2,45 milyard
2000 - XXVII Yay oyunları – Sidney (Avstraliya) - $4,48 milyard
2002 - XIX Qış oyunları – Salt Lake City (ABŞ) - $2,45 milyard
2004 - XXVIII Yay oyunları – Afina (Yunanıstan) - $3,20 milyard
2006 - XX Qış oyunları – Turin (İtaliya) - $4,37 milyard
2008 - XXIX Yay oyunları – Pekin (Çin) - $5,86 milyard
2008 - XXI Qış oyunları – Vankuver (Kanada) - $2,45 milyard
2012 - XXX Yay oyunları – London (İngiltərə) - $15,39 milyard
2014 - XXII Qış oyunları – Soçi (Rusiya) - $6,5 milyard (Bu, rəsmi məlumatdır. Bir sıra müstəqil mənbələrdə $50 milyarda çatır)
Onun sözlərinə görə, xərclərin çoxluğu əlbəttə narahat edici məqamdır: "Çünki vəsait büdcə pulları hesabına xərclənib. Ancaq inkişaf etmiş ölkələr çəkilmiş xərclərdən həm cari, həm də perspektivdə qazanc əldə etməyi bacarır. London Yay Olimpiadası çəkilmiş xərcləri ödəməklə yanaşı ölkəyə 15 milyard dollar qazanc gətirib.. Birləşmiş Krallığın ekspertləri hesab edir ki, iqtisadi qazanc uzunmüddətli xarakter daşıyır və 2020-ci ilə kimi əlavə olaraq investisiyalardan 42-62 milyard dollar gəlir əldə edəcək. Olimpiada tarixində rekord vəsait xərcləyən Rusiya isə bu qədər xərcin qarşılığında cüzi qazanc əldəedib, Soçidə tikilmiş obyektlər hazırda istifadəsiz qalıb”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !