Anews.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, ən çox müzakirə olunan məsələ isə ölkənin ən böyük arenasının nizamnamə kapitalının 590 milyon manatdan 1000 manata qədər azaldılması idi.
Bu məsələyə isə stadionun baş mühasibi Azər Əliyev aydınlıq gətirib: "BOS-a yatırılan investisiyaları artıq aktiv hala gətirmək istəyirik. Bildiyiniz kimi, arena "Neftçi” İctimai Birliyinin tərkibinə verilib. Burada kafe, trenajor zalı, idman məktəbləri icarəyə verilir. Yəni bura yatırılan maliyyəni doğrultmaq üçün işləyirik. Dövlət Neft Şirkətinin nizamnaməsinə əsasən, bütün idman obyektləri şirkət rəhbərinin təsis etdiyi "Neftçi” İctimai Birliyinə verilir.
590 milyon nizamnamə kapitalı 1000 manata qədər azaldılacaq. Bununla bağlı özümüz Vergilər Nazirliyinə müraciət etmişik. MMC olaraq qalmağa davam edəcəyik. Maliyyə məsələləri "Neftçi” İctimai Birliyinə aid olacaq. Bir ay ərzində bu proses gedəcək. Vergilər Nazirliyi və Ədliyyə orqanları məsələyə münasibət bildirəcək. Stadionun təsisçisi də Dövlət Nef Şirkəti olmayacaq, "Neftçi” İctimai Birliyi olacaq. Dəyişikliklər də bununla bağlıdır. Strukturda bir dəyişiklik olmayacaq”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !