Olimpiyaçılar üçün test qaydaları açıqlandı

12:03 | 25.06.2021
Olimpiyaçılar üçün test qaydaları açıqlandı

Olimpiyaçılar üçün test qaydaları açıqlandı

"Biz 2020-ci ili pandemiya ilə yaşadıq. Pandemiya dönəmində necə məşq etmək lazımdır mövzusunda məşqçilər və idmançılar üçün təlimlər keçdik".

Bu fikirləri Milli Olimpiya Komitəsinin (MOK) Beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov Tokio-2020 Yay Olimpiya Oyunlarına həsr edilmiş tədbirdə deyib.

Anar Bağırov olimpiadaya pandemiya qaydaları ilə hazırlaşdıqlarını bildirib: "Tokioya getməmişdən 2 həftə əvvəl telefonunuza proqram yükləməlisiniz. Həmin tətbiqdə öz simptomlarınızı qeyd etməlisiniz. Yaponiyaya yollanmışdan 72 saat öncə xüsusi laboratoriyada 2 test veriləcək. Hər iki test neqativ olmalıdır, hansısa biri pozitiv çıxsa, həmin şəxs Tokioyaya gedə bilməyəcək".

MOK rəsmisinin sözlərinə görə, nümayəndə heyətinin üzvləri Tokioda da testdən keçəcəklər: "Yaponiya paytaxtında idmançılar və federasiya nümayəndələri hər gün ekspres-testdən keçəcəklər. İki gündən bir isə PCR testi veriləcək. Pozitiv nəticə olsa, həmin şəxs karantinə alınacaq. Karantinə düşən şəxs iki neqativ PCR test təqdim etməli və karantindən çıxmalıdır".

Anar Bağırov onu da əlavə edib ki, idmançılara evə qayıtmaq üçün 48 saat vaxt veriləcək: "Bakıya dönmək üçün də testin nəticəsi mütləq neqativ çıxmalıdır".
Tədbirdə həmçinin vurğulanıb ki, MOK Tokio-2020 Yay Olimpiya Oyunlarında idmançıların test nəticələri ilə razılaşmaya bilər. Bu halda qurum yenidən test tələb etmək hüququna malikdir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb