"Fransa radikal islamçıları ilə müharibə vəziyyətindədir”. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bunu Versalda Fransa parlamentinin konqresinin açılışında prezidenr Fransua Olland deyib.
Onun fikrincə, Fransanın radikal islamçılarla müharibə vəziyyətində olması təkcə bu ölkəni deyil, bütün dünya üçün təhlükədir.
Bununla belə, dövlət başçısı qeyd edib ki, söhbət sivilizasiya ilə müharibədən getmir.
Noyabrın 14-də eyni vaxtda Parisin bir neçə rayonunda terrorçular dinc sakinlərə atəş açıblar, Fransa və almaniya milli komandalarının oyunun keçirildiyi "Stad de Frans” stadionu yaxınlığında üç partlayış baş verib, onlardan ikisini terrorçu-kamikadze törədib.
Bundan başqa, yaraqlılar "Bataklan” konsert zalındakı tamaşaçıları girov götürüblər. Ümumilikdə, həmin terror aktları nəticəsində 131 nəfər həlak olub, yüzlərlə yaralı var.
Terror aktların məsuliyyətini İraq-Şam İslam Dövləti boynuna götürüb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !