Olland: “Qarabağ probleminin gerçək həllini tapmaq vacibdir”

15:12 | 13.05.2014
Olland: “Qarabağ probleminin gerçək həllini tapmaq vacibdir”

Olland: “Qarabağ probleminin gerçək həllini tapmaq vacibdir”

 “Qarabağ münaqişəsinin gerçək həllini tapmaq vacibdir”. APA-nın “Armenia Today” xəbər portalına istinadən verdiyi məlumata görə, bunu Fransa prezidenti Fransua Olland Ermənistana səfəri zamanı həmkarı Serj Sarkisyanla keçirdiyi birgə mətbuat konfransında deyib.  F. Olland bildirib ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni etməyə hazırdır. O, atəşkəs sazişinin imzalanmasını 20-ci ildönümünün tamam olduğunu xatırladaraq bunun problemin həlli yolu olmadığını söyləyib: “Münaqişə davam edir və minlərlə insanın həyatına son qoyub. Problemin gerçək həllini tapmaq lazımdır. Fransa etimad tədbirlərinin gücləndirilməsi yollarının axtarışı üçün Ermənistan və Azərbaycan prezidentlərini qəbul etməyə hazırdır”. F. Olland Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələri ilə bağlı çıxışını da şərh edib. O qeyd edib ki, bu məsələyə öz qiymətini çoxdan verib: “Hər zaman müsbət məqamları görməyə çalışıram, lakin yalnız bir qərar ola bilər – soyqırımın tanınması...” F. Olland Türkiyənin uydurma “erməni soyqırımı”nı tanımasının vacibliyini vurğulayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM