Fransa prezidenti Fransua Olland ekstremistlərin Avropaya axınının qarşısını almaqdan ötrü Türkiyə ilə Suriya arasındakı sərhədin tamamilə bağlanmasını təklif edib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Fransanın lideri Avropa İttifaqı üçün ciddi baş bəlasına çevrilən miqrant probleminə də toxunub.
"Suriyadakı böhran bu gün bütün Avropanı əhatə edir. Biz qeyd etməyə məcburuq ki, avropalılar üçün risk böyükdür”, - Olland qeyd edib.
Onun fikrincə, bununla bağlı Suriya böhranından çıxış yollarını tapmaq vacibdir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !