Oğlu itkin düşən qadın Paşinyandan cavab istəyir

16:33 | 18.04.2019
Oğlu itkin düşən qadın Paşinyandan cavab istəyir

Oğlu itkin düşən qadın Paşinyandan cavab istəyir

Sabah Ermənistanın baş naziri Nikol Paşinyan Facebook-un canlı yatımında istifadəçilərin suallarına cavab verəcək.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ən çox layk toplayan suallar hökumət rəhbəri tərəfindən cavablandırılacaq.

Çoxsaylı suallar arasında Qarabağda xidmət etmiş hərbçi oğlunu axtaran qadının sualı diqqət çəkir. 3 ildir ki, itkin düşən oğlunun fərari elan olunmasından narahat olan Laura Sarkisyan, oğlununu taleyi barədə Paşinyandan konkret cavab tələb edir.

"Mən çətin ki, kifaət qədər səs toplayacam. Ona görə də hər kəsdən yardım istəyirəm. Mənim üçün eşidilmək çox vacibdir! Mənim komandir oğlum Azərbaycanla sərhəddə postdan yoxa çxııb. 2015-ci ilin dekabrı... Demişdi ki, postları yoxlamağa gedəcək və o vaxtdan artıq 3ildən çox müddət keçib. Biz Qarabağda yaşayırıq. Ermənistanda hər kəsə müracxiətlər etmişəm”.

 
Hazırda oğlunun fərari elan olunacağı ilə bağlı xəbərlər aldığı deyən qadın baş nazir Nikol Paşinyandan oğluunun taleyi barədə məlumat istəyib.
 


 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM