Oğlu öldürülmüş ata Google-a qalib gəldi

10:34 | 19.11.2013
Oğlu öldürülmüş ata Google-a qalib gəldi

Oğlu öldürülmüş ata Google-a qalib gəldi

Google Maps kartoqrafik servisinin sahibi olan Google korporasiysı qətlə yetirilmiş yeniyetmənin əks olunduğu fotonu bütün peyk xəritələrindən silməyə razılıq verib.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın Kaliforniya ştatındakı Riçmond şəhərinin sakini Xose Barrer Google-dan şikayətlənmişdi."2009-cu ildə naməlum şəxslərin güllələdikləri yeniyetmə oğlum Kevin Barrerin fotosu Google-un peyk xəritəsindədir. Oğlumun cəsədi dəmiryol relslərinin kənarında tapılmışdı. Bu fotoya baxa bilmirəm. Hər dəfə peyk xəritəsində o fotonu görəndə elə bilirdim ki, oğlum Kevini dünən güllələyiblər", - Xose Barrer deyib.Ekspertlər hesab edirdilər ki, Barrerin niyyətinə çatmaq şansları çox azdır. Google adətən belə tələblərə əsla reaksiya vermir və peykdən çəkilmiş fotoları heç zaman servisdən silmir.Lakin bu dəfə Google istisna hala əl atıb və fotonu dəyişəcəyinə söz verib.Google yetkililərinin dediklərinə görə, fotoşəklin dəyişdirilməsi prosesi 8 gün davam edə bilər: "İndiyədək heç bir zaman belə addım atmamışıq. Lakin indi bu müstəsna addımı yalnız həlak olmuş yeniyetmənin ailəsinə sayğı nişanəsi olaraq atırıq".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb