Daşkəsəndə dəhşətli ailə münaqişəsi yaşanıb.
ARB TV xəbər verir ki, Daşkəsənin Qabaqtəpə kəndində 74 yaşlı İlyas Bağırov və həyat yoldaşı 64 yaşlı Tamara Bağırovaya onlarla bir yerdə yaşayan oğulları Firdovsi Bağırov balta ilə ağır xəsarətlər yetirib.
Yaralılar yaxınlarının köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Firdovsi Bağırovun hadisəni törədərkən sərxoş olduğu bildirilir.
O narkotik maddə istifadəçisi olduğu üçün bir-neçə il məhkumluq həyatı yaşayıb.
Bir müddət əvvəl həbsdən çıxıb və həyat yoldaşından ayrılaraq ata-anasının yanında qalıb.
Mənsurə Zeynalova – Zərərçəkənin nəvəsi: "Nənəm çöldə odun yarırmış, bu da hardan gəlib, bilmirəm nə mübahisə ediblər, nənəmi ölümünə döyüb. O biri gəlinimiz gəlib hadisə yerinə, ona da xəsarət yetirmək istəyəndə gəlin qaçıb. Nənəmi döyəndən sonra qaçıb evdən. Ailəsini, uşağını yola vermirdi. Uşaqları yaxşı oxuyur, amma, orta məktəbə qoymurdu. Yoldaşına artıq-əskik sözlər deyirdi. Axır gəlin məcbur oldu, çıxdı getdi”.
Daşkəsən RPŞ əməkdaşları hadisəni törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.
Faktla bağlı cinayət işi açılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !