Ombudsman Aparatında yeni monitorinq qrupları yaradılıb

19:12 | 15.10.2024
Ombudsman Aparatında yeni monitorinq qrupları yaradılıb

Ombudsman Aparatında yeni monitorinq qrupları yaradılıb

Ombudsman Aparatında "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və "Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi, Bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması üzrə monitorinq qrupları yaradılıb.Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Monitorinq qruplarının yaradılmasında əsas məqsəd Müvəkkilin "Əlilliyi olan şəxslərin hüquqları haqqında” və "Uşaq hüquqları haqqında” konvensiyaların implementasiyasının təşviqi, eyni zamanda, bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması sahəsində müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirməkdən ibarətdir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM