Ombudsman nümayəndələri Tofiq Yaqublu ilə GÖRÜŞDÜ

20:17 | 16.01.2023
Ombudsman nümayəndələri Tofiq Yaqublu ilə GÖRÜŞDÜ

Ombudsman nümayəndələri Tofiq Yaqublu ilə GÖRÜŞDÜ

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr davam etdirilir.
 
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
 
BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ Protokolu və "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələr zamanı saxlanma şəraiti və rəftar məsələləri monitorinq edilib.
 
Başçəkmələr zamanı MPQ üzvləri tərəfindən Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlama Mərkəzində, 16.01.2023-cü il tarixdə isə yeməkdən imtina etməsi ilə bağlı həmin mərkəzdən Ə.Məlikov adına Binəqədi Tibb Mərkəzinə köçürülmüş Tofiq Yaqublu orada fərdi qaydada qəbul edilib, onun səhhəti ilə maraqlanılıb, hüquqlarının təmini məsələsi araşdırılıb.
 
Konfidensial qaydada keçirilmiş görüşlərdə MPQ-nin psixoloq və həkim üzvləri də iştirak ediblər.
 
Görüş zamanı adıçəkilən şəxsin sağlamlıq vəziyyətinin həkim nəzarətində olduğu müşahidə edilib.
 
Tofiq Yaqublunun vəkil və ailə üzvləri ilə görüş hüququ ilə bağlı Ombudsmanın ünvanına daxil olmuş müraciətlər də dərhal araşdırılmaqla təmin olunub.
 
Tofiq Yaqublu onun vəziyyətini və hüquqlarını diqqətdə saxladığına görə ölkə Ombudsmanına təşəkkür edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM