• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Ombudsman və Konstitusiya Məhkəməsi sədrinin maaşları artırıldı

Ombudsman və Konstitusiya Məhkəməsi sədrinin maaşları artırıldı
29.05.2020 02:24
Milli Məclisin iclasında Konstitusiya Məhkəməsi sədrinin və Ombudsmanın aylıq vəzifə maaşlarının artırılması müzakirə olunub.APA-nın xəbərinə görə, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” qanunlara dəyişikliklər təklif edilir. “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” qanunun 16.1-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən Ombudsmanın maaşı 1800 manatdan 2025 manata qaldırılır. Ombudsmanın maaşına edilən artım qanuna müvafiq olaraq Ombudsman Aparatı işçilərinin də maaşına təsir edəcək. “Konstitusiya Məhkəməsi haqqında” qanunun 71.2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən isə Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 1785 manatdan 2120 manata qaldırılır. Artım Konstitusiya Məhkəməsinin hakimlərinin də aylıq maaşlarına təsir edir. Hər iki layihə səsə qoyularaq qəbul olunub. Bildirilib ki, bu məsələlər Konstitusiya qanununa edilən dəyişikliklər olduğu üçün 6 ay sonra yenidən formal olaraq təkrar təsdiqlənmək üçün Milli Məclisdə səsə qoyulacaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 31 dərəcə isti olacaq
Cəmiyyət 12:03
Sabah 31 dərəcə isti olacaq
Bakıda ev yanıb
Cəmiyyət 09:00
Bakıda ev yanıb
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - Video
Cəmiyyət 23:57
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - Video
Tərtərdə məktəb binası yanıb
Cəmiyyət 22:58
Tərtərdə məktəb binası yanıb
Ağdamda qadını ilan sancıb
Cəmiyyət 21:55
Ağdamda qadını ilan sancıb
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Cəmiyyət 21:00
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:01
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
“Şəki” restoranı sökülür - Video
Cəmiyyət 19:23
“Şəki” restoranı sökülür - Video
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Cəmiyyət 18:22
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol