Ombusdman aparatından bayram əfvləri AÇIQLAMASI

17:55 | 18.12.2013
Ombusdman aparatından bayram əfvləri AÇIQLAMASI

Ombusdman aparatından bayram əfvləri AÇIQLAMASI

”Həbsdə Saxlanan Məhbusların Hüquqlarının Qorunması üzrə sektordan bizə kifayət qədər müraciət daxil olsa müvəkkil onları Prezident yanında Əfv məsələləri komissiyasına göndərəcək". Bunu ANS PRESS-ə açıqlamasında Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun rəhbəri Vüqar Məhərrəmov deyib. Onun sözlərinə görə hər ay Ombudsman Aparatına əfvlə bağlı müraciətlər daxil olur. “Keçən ay müvəkkil (Ombudsman) Prezident yanında ƏfV Komissiyayasına müraciət ünvanlamışdı. Müraciət əsasında 18 məhkum azad edilib”.V. Məhərrəmov qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı bayramı ərəfəsində Azərbaycanın insan hüquqları müvəkkilə kifayət qədər müraciət daxil olsa Prezident yanında ƏfV Komissiyasına müraciət ediləcək: “Biz müraciətləri daimi nəzarərdə saxlayırıq. Müraciətdə olan ama əfv olunmayanları da diqqət mərkəzində saxlayırıq. Bayram ərəfəsində Müvəkkilə kifayət qədər müraciət daxil olsa Prezident Əfv Komissiyaya müraciət ediləcək”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM