• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

Ombusdman bir daha beynəxalq təşkilatlara səsləndi: Ermənistana təziq göstərilməlidir!

Ombusdman bir daha beynəxalq təşkilatlara səsləndi: Ermənistana təziq göstərilməlidir!
10.12.2024 17:44
Azərbaycan Ombusdmanı Səbinə Əliyeva bir daha bəyan edib ki, minalı ərazilərlin xəritələrini Azərbaycana təqdim olunması üçün beynəlxalq təşkilatlar Ermənistana təziq göstərməlidir. Bu barədə İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) həyata keçirdiyi faktaraşdırıcı missiyasının nəticələrinə dair hazırlanmış hesabatın təqdimatı zamanı Səbinə Əliyeva bildirib. 
 
"Müvəkkil Ermənistanın uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi kəskin nifrət, etnik təmizləmə və deportasiya siyasəti səbəbindən dinc azərbaycanlı əhaliyə qarşı çoxsaylı sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri, o cümlədən genosid, ekosid, urbisid və kultursid aktlarının törədildiyini bildirib. Bütün bu faktlarla bağlı Ombudsman təsisatı olaraq, beynəlxalq təşkilatlara dəfələrlə hesabatlar, bəyanatlar və müraciətlər təqdim olunsa da, bu istiqamətdə heç bir effektiv tədbirlərin görülmədiyi qeyd edilib, Azərbaycanın dözümsüzlük, ikili standartlar və ayrı-seçkilik hallarından ən çox əziyyət çəkən ölkələrdən biri olduğu diqqətə çatdırılıb", - məlumatda deyilir. 
 
Son 4 ildə işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Ümumilikdə 34 996 ədədi piyada əlehinə mina, 21 022 ədədi tank əlehinə mina, 118 999 ədədi partlamamış hərbi sursat olmaqla ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Müharibədən sonrakı dövrdə 176 237 hektar ərazi minadan təmizlənib. 
 

Dünyada mina qurbanlarının 84%-i mülki şəxslərdir. Onların da 37%-ni uşaqlar təşkil edir. Ümumilikdə isə mina qurbanlarının 81%-ni kişilər və oğlan uşaqları təşkil edir. 
 
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır. 
 
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir. 
 
Azərbaycan ərazilərinin minalanmasına görə Avropada üçüncü, dünyada isə onuncu yerdə qərarlaşıb. 
 
Hazırda Qarabağda minaların təmizlənməsi prosesini ANAMA, Müdafiə Nazirliyi, Fövqəlada Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələri və yerli minatəmizləmə şirkətləri birgə həyata keçirir. 
 
Gülnar Nazimqızı 

 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Siyasət 00:02
Prezident 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 23:02
Azərbaycan XİN Pakistana başsağlığı verib
Prezident Davosda görüşlər keçirib - Yenilənib
Siyasət 22:30
Prezident Davosda görüşlər keçirib - Yenilənib
Ceyhun Bayramov Marko Rubio ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
Siyasət 20:30
Ceyhun Bayramov Marko Rubio ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
Prezident Davosda Braziliyanın "BTG Pactual" şirkətinin sədri ilə görüşüb
Siyasət 19:09
Prezident Davosda Braziliyanın "BTG Pactual" şirkətinin sədri ilə görüşüb
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
Siyasət 18:07
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
Siyasət 17:49
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb
Siyasət 16:59
Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb
2 səfir Şəhidlər Xiyabanını ziyarət etməyib
Siyasət 16:00
2 səfir Şəhidlər Xiyabanını ziyarət etməyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol