On bir ayda istehsal olunan ÜDM-in həcmi açıqlanıb

13:45 | 15.12.2023
On bir ayda istehsal olunan ÜDM-in həcmi açıqlanıb

On bir ayda istehsal olunan ÜDM-in həcmi açıqlanıb

2023-cü ilin on bir ayında ölkədə 110,2 milyon manatlıq ümumi daxil məhsul istehsal (ÜDM) olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin noyabr hesabatında qeyd olunub.
 
Bildirilib ki, neft-qaz sektorunda əlavə dəyər 1,6% azalıb, qeyri neft-qaz sektorunda isə 3,2% artıb. 

ÜDM istehsalının 41,2 faizi sənaye, 9,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,0 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 18,0 faizi digər sahələrin payına düşüb.
 
Məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 faizini təşkil edib.
 
Əhalinin hər nəfərinə düşən ÜDM 10856,0 manata bərabər olub.
 
Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.

2023-cü ilin on ayında Azərbaycanda 100,9 milyon manatlıq  ümumi daxil məhsul istehsal olunub.  
 
Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 % böyüyəcəyini praqnozlaşdırır.
 
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır.

 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM