2023-cü ilin on bir ayında ölkə əhalisinin nominal gəlirləri 70 min 223 manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,8% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Hesabat dövründə hər
nəfərə görə, nominal gəlir orta hesabla 6 min 917 manat olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 750 manat çoxdur.
2022-ci ilin yanvar-noyabrında ölkə əhalisinin nominal gəlirləri 62 min 238 manat təşkil edib.
Aygün
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !