2023-cü ilin on bir ayında Azərbaycanın təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9% artıb. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
"Bu dövr ərzində Avropaya 10,85 milyard kubmetr, Türkiyəyə 8,7 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 5,1 milyard kubmetr qaz nəql edilib", nazir dekabrın 13-də öz "X" hesabında paylaşımda yazıb.
TAP kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz” yatağından hasil edilən qazın "Mərhələ-2” çərçivəsində Avropaya nəqli üçün nəzərdə tutulub.
2022-ci ildə Azərbaycan qaz ixracını 18% - 22,3 milyard kubmetrədək artırıb, Avropaya tədarük 11,4 milyard kubmetr (+39%) təşkil edib. 2023-cü ildə Azərbaycandan 24,5 milyard kubmetr qaz ixracı planlaşdırılır ki, bunun da 12 milyard kubmetrdən çoxu Avropaya göndəriləcək.
Hazırda Aİ-nin Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstandır.

Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !