2024-cü ilin on bir ayında TƏBİB-ə 11 min 117 şikayət daxil olub. Bunu dekabrın 23-də TƏBİB-in icraçı direktoru jurnalistlər üçün keçirilən mətbuat konfrasında deyib.
"Cari ilin on bir ayında ümumilikdə TƏBİB-ə 24 min 265 vətəndaş müraciəti olub. Müraciətlərin 13 min 120-si ərizə, 11 min 117-si şikayət və 28-si isə təkliflə bağlı olub. On bir ayda qurumun elektron poçtuna isə 23 min 247 müraciət daxil olub", - Qurbanov bildirib.
Sədr vurğulayıb ki, ötən dövr ərzində Çağrı Mərkəzinə edilən zənglərin sayı isə 102 minə çatıb.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !