2023-cü ilin on bir ayında
muzdla işləyənlərin orta aylıq əməkhaqqı məbləği 921,1 manat olub ki, bu da ötən
ilin eyni dövrü ilə müqayisədə 11,3% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin
məlumatında deyilir.
On
bir ayda dövlət müəssisndə çalışanların əməkhaqqı 886,8 manat, özəl iş yerlərində
isə 958,5 manat olub.
2022-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 min nəfər və ya 1,6 faiz artaraq 1732,5 min nəfər olub ki, onlardan 903,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 829,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !