Ona "ölü ürək" transfer etdilər - İLK DƏFƏ

21:47 | 27.10.2014
Ona "ölü ürək" transfer etdilər - İLK DƏFƏ

Ona "ölü ürək" transfer etdilər - İLK DƏFƏ

Dünyada ilk dəfə olaraq Avstraliyada cərrahlar "ölü bir ürək"dən istifadə etməyi bacarıb xəsətəyə transfer ediblər.ANN.Az saytı BBC istinadən xəbər verir ki, normal şərtlərdə ürək transferi yalnız beyin ölümü keçirən, lakın ürək atışları davam edən donorlardan həyata keçirilir. Bu alınan ürək təxminən dörd saata qədər buz üzərində saxlanıldıqdan sonra xəstəyə nəql edilir.Sidneydəki  "Vinsent" xəstəxanasında çalışan mütəxəssislər 20 dəqiqə əvvəl döyüntü dayanmış bir ürəyi yenidən canlandıra bilib və sonra həmin orqan xəstəyə nəql olunub. "Ölü ürək" nəql olunan 57 yaşlı Michelle Gribilas ilk xəstədir. Transfer təxminən 2 ay əvvəl reallaşıb və hazırda xəstə özünü yaxşı hissi etdiyi deyib. O, təzə ürəklə hardasa 10 il cavanlaşdığını, özünü gümrah hiss etdiyini bildirib.Gribilas-dən sonra daha iki xəstəyə eyni şəkildə "ölü ürək" transferi həyata keçirilib.İndiyə qədər tibb aləminə o da məlum idi ki, transferi mümkün olan orqanlar içərisində ürək döyüntüləri dayandıqdan sonra istifadəsi mümkün olmayan yeganə orqan hesab olunub.Sidneydə bu transferi həyata keçirməyi mümkün edən cihaz hazırlanıb və həkimlər "Ürək Qutusu" adlanan cihazın köməyi ilə döyüntüsü dayanan ürəyi canlandıraraq onu xəstəyə transfer edə biliblər.Bu əməliyyata rəhbərlik edən professor Peter MacDonald hesab edir ki, bu praktika bir çox xəstələr üçün yeni ümid işığı olacaq: "Bu böyük irəliləyişdir. "Ölü ürəy"in transferinin reallaşması proseduru bağışlanan orqanların sayının məhdud olmasının qarşısını almaq üçün ciddi bir yol qət etdiyimiz mənasını verir".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM