“ONGC Videsh Limited” Equinor payını alıb

17:47 | 19.07.2024
“ONGC Videsh Limited” Equinor payını alıb

“ONGC Videsh Limited” Equinor payını alıb

Hindistanın "ONGC Videsh Limited” şirkəti Norveçin "Equinor” şirkətinin  "Azəri-Çıraq-Günəşli” layihəsindəki 0,615 % və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin operatoru  "BTC Co” şirkətində 0,737 % payın alınması haqqında yekun saziş imzalayıb. Bu barədə "ONGC Videsh Limited” press reliz yayıb.

Açıqlamada qeyd edilib ki, sözügedən layihələrdə payların alınmasına ümumilikdə 60 milyon ABŞ dollarına qədər investisiya qoyulacaq. Sövdələşmənin yaxın aylarda tamamlanacağı gözlənilir.

"Bu satınalmalar "ONGC Videsh” şirkətinin AÇG layihəsindəki 2,31 % və BTC boru kəmərindəki 2,36 % payına əlavəd ediləcək. Bu satınalmalar şirkətin mövcud portfelinə yüksək keyfiyyətli beynəlxalq aktivlər əlavə etməklə Hindistanın enerji təhlükəsizliyini təmin etməklə bağlı strateji hədəfinə uyğundur”, - məlumatda qeyd olunub.

AÇG yataqlar blokunun işlənilməsi haqqında müqavilə 1994-cü ildə imzalanıb. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci ilin sentyabr ayında 2050-ci ilə qədər olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.

2023-cü il dekabrın 22-də "Equinor” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Azərbaycandakı aktivlərinin SOCAR-a satılmasına dair saziş imzalayıb.
 
Xüsusilə "Equinor” AÇG və BTC layihələri üzrə iştirak payının və "Qarabağ” yatağının işlənməsi layihəsindəki 50 % iştirak payını SOCAR-a satıb. İştirak paylarının alınmasına dair əqdlər bütün tənzimləyici tələblərin və müqavilə öhdəliklərinin şərtlərinə əməl edilməklə başa çatdırılacaq.
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM