Onlar iki il sonra səhnəyə qayıdırlar

14:43 | 09.09.2021
Onlar iki il sonra səhnəyə qayıdırlar

Onlar iki il sonra səhnəyə qayıdırlar

Azərbaycanda fəaliyyət göstərən "D!QQƏT" musiqi qrupunun sentyabrın 23-də saat 19:30-da "Le Chateu Music Bar"da "Hər şey fırlanır" adlı konserti baş tutacaq.

Anews xəbər verir ki, iki il sonra səhnəyə qayıdan qrup konsert müddətində keçmiş mahnıları ilə yanaşı, yeni albomlarında yer alan musiqiləri də canlı ifa edəcəklər.

Daha çox "post-pank" janrında ifalar edən "D!QQƏT" musiqi qrupu 18 avqust 2018-ci ildə yaranıb. Qrupun 4 üzvü var. (Elvin Bağırlı, Fərhad İsgəndərov, Ramiz Babayev, Emil Səfixanov)
 
Konsertə giriş sərbəstdir.

Hazırladı: Fehruz Rza

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM