Onlar yalnız “nüfuzlu prezidentlərə” atəş açırlar - Tramp

09:11 | 18.09.2024
Onlar yalnız “nüfuzlu prezidentlərə” atəş açırlar - Tramp

Onlar yalnız “nüfuzlu prezidentlərə” atəş açırlar - Tramp

ABŞ-da prezidentliyə namizəd Donald Tramp yalnız nüfuzlu prezidentlərin təhdid və sui-qəsdə məruz qaldığını deyir. Bu barədə Fox.news Trampa istinadla yazıb.   
 
"Görəsən, məni niyə vurdular? Bilirsiniz, ancaq güclü prezidentlər güllələnir”, - Tramp bildirib.
 
O, həmçinin ABŞ prezidenti olmağı təhlükəli iş adlandırıb.
 
Bu il Trampa qarşı iki dəfə sui-qəsdə cəhd olub. İyulda baş verən sui-qəsd zamanı Trampın sadəcə qulağı zədə alıb. Bir neçə gün öncə isə baş Trampın olduğu məkanda atışma olub. Prezidentliyə namizəd olan Trapm üçün heç bir təhlükə olmayıb. Hadisənin təfərrüatları araşdırılır. 
 
Bundan əvvəl Donald Tramp bildirilib ki, sui-qəsd cəhdlərinə baxmayaraq o bütün seçki kampaniyalarını sona qədər aparacaq.

Gülnar 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM