Onların sayı 1,6 milyonu keçdi

11:00 | 16.11.2013
Onların sayı 1,6 milyonu keçdi

Onların sayı 1,6 milyonu keçdi

Təbii qazla təmin olunan abonentlərin sayı 1,6 milyonu keçib. 

ANN.Az-ın Dövlət Neft Şirkətinin saytına istinadən verdiyi məlumata görə, Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 2013-cü il noyabr 1-ə olan məlumata görə ölkə üzrə təbii qazla təmin edilən abonentlərin sayı 1 603 258-ə çatıb.

Onların 1 584 076-sı əhali, 19 182-i isə qeyri-əhali sektoruna aiddir. Abonentlərin 688 675-i Bakı şəhəri (678 783 əhali, 9 892 qeyri-əhali), 914 583-ü isə regionların (905 293 əhali, 9 290 qeyri-əhali) payına düşür. 

Bu ilin noyabrın 1-ə olan məlumata görə, əhali abonentlərinin mənzillərində 803 min ədəd “smart-kart” tipli sayğac quraşdırılıb. Qeyd etmək lazımdır ki, bu ilin yanvarın 1-ə olan məlumata görə, bu rəqəm 594 min həddində idi.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb