Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2024-2025-ci illər üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib.Bu barədə OPEC-in aylıq hesabatında məlumat verilib.
OPEC-in proqnozuna əsasən, ölkədə 2025-ci ildə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 10 min barel artacağı və təqribən 700 min barel səviyyəsində olacağı ehtimal olunur (proqnoz dəyişməyib).
Təşkilat 2024-cü il üçün Azərbaycanın maye tədarükünün təqribən 15 min barel artacağını (öncəki proqnoz göstərici – 20 min barel) və orta hesabla 700 min barel olacağını proqnozlaşdırır.
Artımın qismən "Şahdəniz”, "Abşeron” və "Ümid-Babək” qaz-kondensat layihələrindən əldə ediləcəyi proqnozlaşdırılır. "Azəri-Çıraq-Günəşli” yataqlarında da hasilat bu il yeni platformanın hesabına artmalıdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !