OPEK 2023-2024-cü illərdə Azərbaycanda maye karbohidrogenlərin (LHC) orta sutkalıq hasilatı üzrə proqnozunu 0,7 milyon barel səviyyəsində saxlayıb ki, bu da 2022-ci ilin faktiki göstəricisinə uyğundur. Bu barədə təşkilatın aylıq hesabatında bildirilir.
Hesabata görə, oktyabrda Azərbaycanda maye karbohidrogen hasilatı orta hesabla sutkada 0,6 milyon barel təşkil edib ki, bu da sentyabr ayının göstəricisinə uyğundur. Eyni zamanda, 2022-ci ilin oktyabr ayı ilə müqayisədə hasilatın azalması sutkada 69 min barel təşkil edib.
"Rəsmi mənbələrə görə, oktyabrda Azərbaycanda neft hasilatı orta hesabla sutkada 489 min barel, kondensat isə 137 min barel təşkil edib. 2023-cü ildə ölkədə maye karbohidrogen istehsalının təqribən 30 min barel azalacağı və orta hesabla 0,7 milyon barel olacağı proqnozlaşdırılır. Bu, oktyabrda iri neft yataqlarından hasilatın gözləniləndən aşağı olması səbəbindən sutkada təxminən 13 min barel azalma reviziyasıdır”, - deyə hesabatda bildirilir.
OPEK-in məlumatına görə, bu il "Azəri”, "Çıraq” və "Günəşli” (AÇG bloku) kimi köhnə yataqlarda neft hasilatının azalmasının digər yataqlarda hasilatın artırılması hesabına kompensasiya ediləcəyi gözlənilir.
OPEC 2024-cü ildə Azərbaycanda maye karbohidrogenlərin orta gündəlik hasilatının sabit qalaraq 0,7 milyon barel olacağını proqnozlaşdırır. Eyni zamanda, hasilatın qismən Şahdəniz, Abşeron və Ümid Babək qaz-kondensat layihələri vasitəsilə əldə ediləcəyi proqnozlaşdırılır.
"Gələn il yeddinci Mərkəzi Şərqi Azəri platformasının işə salınması ilə Azərbaycanda AÇG blokunda hasilat da artmalıdır. Lakin gözlənilir ki, bu, ümumi azalma sürətini (AÇG – red) dayandıra bilməyəcək”, - OPEC vurğulayır.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !