OPEC neft hasilatının səviyyəsini indiki faktiki səviyyədə saxlamağı qərara alıb.
APA-nın "İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu təşkilatın baş katibi Abdulla Əl-Bədri bəyan edib.
Onun sözlərinə görə, yeni kvotalar səviyyəsinə dair məsələyə 2016-cı ilin iyununda Vyanada keçiriləcək növbəti iclasda baxılacaq: "Biz indi hər hansı rəqəmin üzərində dayana bilmərik. Biz bilmirik, İran nə vaxt bazara daxil olacaq. OPEC daxilində hasilat vaxtaşırı dəyişir. Odur ki, qərarın qəbul edilməsini növbəti iclasadək təxirə saldıq”.
2011-ci ilin dekabr ayından bəri OPEC-in neft hasilatı kvotası sutkada 30 milyon barrel təşkil etsə də, son 1,5 ildə kartelin real hasilatı bu göstəricidən artıq olub.
Qeyd edək ki, bundan əvvəl Bloomberg agentliyi öz mənbələrinə əsasən iclasda sutkalıq neft hasilatının 1,5 milyon barel artırılması barədə qərar qəbul edildiyini bildirmişdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !