OPEC sakitləşdirdi: neft 200 dollara qalxacaq

14:29 | 27.01.2015
OPEC sakitləşdirdi: neft 200 dollara qalxacaq

OPEC sakitləşdirdi: neft 200 dollara qalxacaq

Neftin qiyməti yaxın vaxtlarda yüksəlməyə başlayacaq.

Bu barədə OPEC-in baş katibi Abdulla əl-Bədri açıqlama verib. Onun sözlərinə görə, neft sahəsinə yatırılan investisiyaların azaldılması neftin 1 barrelinin 200 dollara satılmasına səbəb olacaq.

"Hazırda neftin 1 barreli təxminən 45-55 dollardır. Hesab edirəm ki, bu, ən aşağı həddir və tezliklə biz kəskin qiymət artımını müşahidə edəcəyik" - deyə baş katib bildirib.

Qeyd edək ki, yanvarın 26-da Londonun ICE birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 48,53 dollar təşkil edib (ANS PRESS).
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM