• $
  • €
  • ₽
  • ₺
  • £

“OPEC+” üzvləri kvotadan artıq neft hasil edib

“OPEC+” üzvləri kvotadan artıq neft hasil edib
08.05.2021 23:00
"OPEC” və onun müttəfiqləri "OPEC+” sazişilə təyin olunmuş hasilat kvotasını aşaraq, martın ayının sonuna qədər sutkada 3,316 milyon barel artıq neft istehsal edib.

"Report” "S&P Global Platts” şirkətinin yaydığı məlumatlara istinad xəbər verir ki, məhdudiyyət rejimi əsasən Rusiya və İraq tərəfindən pozulub.

"OPEC+” qrupunda kvotadan artıq sutkalıq hasilat yanvarda 2,793 milyon barel, fevralda 3,027 milyon barel təşkil edib.

"OPEC+”in ən böyük tərəfdaşı olan Rusiya son bir neçə ayda öz kvotasını tez-tez pozur. Martda onun kvotadan artıq hasilatı sutkada 877 min barelə yüksəlib.
İraq günlük limit həddindən 707 min barel çox neft istehsal edib.

Kvotanı pozanların siyahısında üçüncü yeri Cənubi Sudan tutub – ölkə sutkada 557 min barel artıq neft hasil edib.

Qazaxıstan isə gündə 435 min barel artıq xam neft hasil edərək siyahıda dördüncü yerdə qərarlaşıb.

Xatırladaq ki, "OPEC” və "qeyri-OPEC” ölkələrindən təşkil olunmuş və "OPEC+” kimi tanınan qrup sutkalıq neft hasilatını mayda 350 000 barel, iyunda 350 000 barel və iyulda 400 000 barel azaltmağa razılaşıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
OPEC: Sentyabrda BTC ilə neft ixracı 1 % azalıb
İqtisadiyyat 17:20
OPEC: Sentyabrda BTC ilə neft ixracı 1 % azalıb
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
İqtisadiyyat 15:47
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azəralüminium"un xalis mənfəəti 2 %-dən çox azalıb
İqtisadiyyat 15:25
"Azəralüminium"un xalis mənfəəti 2 %-dən çox azalıb
Azərbaycan əhalisinin gəlirləri artıb
İqtisadiyyat 11:50
Azərbaycan əhalisinin gəlirləri artıb
Azərbaycanda iqtisadi artım 2%-ə yaxınlaşıb
İqtisadiyyat 11:20
Azərbaycanda iqtisadi artım 2%-ə yaxınlaşıb
2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib
İqtisadiyyat 10:49
2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib
ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb
İqtisadiyyat 10:08
ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 09:50
Qızıl və gümüş bahalaşıb
Azərbaycan neftinin qiyməti açıqlanıb
İqtisadiyyat 09:34
Azərbaycan neftinin qiyməti açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol