OPEK: Azərbaycan neft ixracını azaldacaq

22:30 | 12.11.2015
OPEK: Azərbaycan neft ixracını azaldacaq

OPEK: Azərbaycan neft ixracını azaldacaq

Neft İxrac Edən Ölkələrin Birliyi OPEK 2015-ci ildə Azərbaycandan neft ixracının azalmasını gözləyir, xüsusi halda "Azərlight” markalı neft bazarda baş verən rəqabət ilə əlaqədar azalacaq. 

Oxu.Az xəbər verir ki, bu barədə təşkilatın yenilənmiş hesabatında deyilir. 

Təşkilat hesab edir ki, 2015-ci ildə Azərbaycandan neft ixracının həcmi  ötən illə müqayisədə sutkada 10 min barel azalacaq.

"İxtisar gözlənilir. Baxmayaraq ki, cari ilin 9 ayı ərzində Azərbaycanın əsas yataqlarından, "Azəri-Çıraq-Günəşli (AÇG) əldə olunan neftin həcmi 4% artıb”, - deyə, OPEK-in yeni hesabatında vurğulanır.

OPEK-in məlumatına görə, Yaxin Şərqdən neftin alternativ növlərinin böyük təklifi və  Avropa neft emalı zavodlarının neftini alan marjların "havada qalması" ilə əlaqədar Azərbaycan neftinin satışları azalacaq. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti