OPEK 2015-ci il üçün dünyanın neft tələbatının iyul ayının dəyərləndirmələrinə nisbətən sutkada 90 min barelə qədər artacağını proqnozlaşdırıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın avqust məruzəsində deyilir.
İndi OPEK neftin dünya tələbatının 2015-ci ildə sutkada 92,7 milyon barel olacağını gözləyir, bu isə 2014-cü ildə olan tələbatdan sutkada 1,38 milyon barel çoxdur.
2016-cı il üçün proqnoz 100 min barel artırılmışdı, və indi təşkilatın proqnozuna görə, 2016-cı ildə dünya neft tələbatı 2015-ci il dünya neft tələbatından 1,34 milyon barel artıq olaraq sutkada 94,04 milyon bareldən ibarət olacaq.
"2015-ci ildə Rusiya Federasiyasında neft hasilatı artacaq, bununla yanaşı, Qazaxıstan və MDB-nin digər ölkələrində neft hasilatı azala bilər, Azərbaycanda neft hasilatı sabit qalacaq”, - məruzədə deyilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !