ANS PRESS-in məlumatına görə, OPEC ekspertləri belə qənaətə gəliblər ki, təşkilata üzv olmayan ölkələrdə hasilatın azalması dünya bazarlarında neftin qiymətlərinin yenidən artmasına ciddi təsir göstərəcək. Nəticədə bu proses Azərbaycanın neftdən əldə etdiyi gəlirlərin artmasına da təsir edəcək.
Ümumiyyətlə, 2014-cü ildə Azərbaycanda 41.9 mln ton neft hasil edilib. Hökumətin proqnozlarına görə, bu il ölkədə 40,62 mln ton neft hasilatı palnlaşdırılır. Yəni obyektiv səbəblər üzündən neft hasilatının 1,28 mln ton və ya təqribən 9,5 mln barel azalması gözlənilir. Digər tərəfdən, Azərbaycan neftinin real orta ixrac qiyməti 2014-cü ildə 101 dollar olub. 2015-ci ildə verilən ən optimist proqnozlar neftin qiymətinin 60 dollar olacağına hesablanıb. Normal qiymətlər isə artıq 58-59 dollardır. Pessimist qiymətlər isə 50 dollardan aşağı olmayacağı proqnozlaşdırılır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !