OPEL də rəqabətə dözməyib bağlandı

14:31 | 06.12.2014
OPEL də rəqabətə dözməyib bağlandı

OPEL də rəqabətə dözməyib bağlandı

Almaniyanın Bohum şəhərində yerləşən "Opel" avtomobil zavodu istehsalı dayandıraraq bağlanıb. 

Avropa.info-nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərdə Almaniyanın məşhur avtomobil zavodlarından olan "Opel"in istehsalı dayandırdığı bildirilir. Hazırda 3000 nəfər işçisi olan zavod istehsalı dayandırdıqdan sonra işçilər də işsiz qalacaq. 

152 ildir milyonlarla avtomobilin istehsalçısı olan zavod dünən son avtomobili olan "Zafira" modelini də istehsal edərək bağlanıb. 
1962-ci ildən bu yana "Kadett", "Manta", "Zafira", "Vektra" "Astra", "Omega" kimi bir çox modellərin istehsalçısı olan zavod 152 illik tarixinə son qoyub. 

Zavodun işinin dayandırılmasının əsas səbəbi isə istehsal dəyərinin artması və Asiya ölkələrinin istehsal etdiyi avtomobillər qarşısında aciz qaldığı üçün bu addımı atıb. 

Bir zamanlar 20 min işçisi olan zavod 13 milyon 7 yüz min avtomobil istehsal edib. Zavodun yerini isə DHL poçt şirkəti alıb. DHL həmin ərazini Almaniyanın ən böyük deposu kimi istifadə edəcək.  

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM