Opera və Balet Teatrında “Şelkunçik” baleti

15:13 | 20.12.2013
Opera və Balet Teatrında “Şelkunçik” baleti

Opera və Balet Teatrında “Şelkunçik” baleti

Dekabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Şelkunçik” baleti nümayiş olunacaqdır.Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Yeni il ərəfəsində nümayişi ənənə halını almış bu balet hər dəfə geniş tamaşaçı auditoriyası toplayır.Tamaşada əsas rollarda Əməkdar Artist Samir Səmədov, aparıcı solistlər Nigar İbrahimova və Makar Ferştandt çıxış edəcəklər.P.Çaykovskinin son dərəcə gözəl musiqisi, maraqlı və zəngin dekorasiya və səhnə kostyumları tamaşanı çox baxımlı edir.Tamaşanı Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM