Opera və Balet Teatrının yanvar repertuarı

17:20 | 04.01.2014
Opera və Balet Teatrının yanvar repertuarı

Opera və Balet Teatrının yanvar repertuarı

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yanvar ayında tamaşaçılara maraqlı tamaşaçalr təqdim edəcək. ANS PRESS-in məlumatına görə, teatrının bu ay üçün nəzərdə tutulmuş repertuarı maraqlı tamaşalarla zəngindir.Yanvarın 8-də Ü.Hacıbəylinin “Əsli və Kərəm”, 11-də C.Puççininin “Madam Batterflyay” (“Çio-Çio-san”) operaları nümayiş etdiriləcək.Teatrın kollektivi yanvarın 12-də P.Çaykovskinin “Şelkunçik”, 15-də böyük bəstəkarın “Romeo və Cülyetta”, həmçinin J.Bize və R.Şedrinin “Karmen-Süita” baletlərini təqdim edəcək.Yanvarın 18-də F.Əmirovun “Sevil” operası oynanılacaq. Balaca tamaşaçılar ayın 19-da İ.Ştrausun “Düyməcik” baletinə baxa biləcəklər.C.Puççininin “İl Tabarro” operasının premyerası yanvarın 25-də olacaq.Teatrın kollektivi yanvar 26-da Fikrət Əmirovun “Min bir gecə” baletini nümayiş etdirəcək.Yanvarın 29-da isə görkəmli bəstəkar Şəfiqə Axundovanın anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Gəlin qayası” operası göstəriləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb