Oqtay Əliyevlə vida mərasimi başa çatıb - Yenilənib

12:39 | 23.03.2023
Oqtay Əliyevlə vida mərasimi başa çatıb - Yenilənib

Oqtay Əliyevlə vida mərasimi başa çatıb - Yenilənib

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev ilə vida mərasimi başa çatıb.
 
11:07
Ötən gün axşam saatlarında yol qəzasında dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev ilə vida mərasimi keçirilir.

Mərhumun yaşadığı mənzildə keçirilən vida mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak edirlər.

Mərasimdən sonra mərhum dəfn ediləcək.

Oqtay Vidadi oğlu Əliyev 19 iyun 1968-ci ildə İrəvan şəhərində Xalq artistləri Vidadi Əliyev və Elmira İsmayılovanın ailəsində anadan olub. 1985-ci ildə İrəvan şəhəri Mirzə Fətəli Axundov adına orta məktəbi bitirib. 1987-1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Kino və dram rejissoru fakültəsində təhsil alıb.

Oqtay Əliyev 1998-ci ildə "SOY" prodakşn şirkətini təsis edib, qurumun prezidenti olub. Bir sıra festivalların qalibi olan rejissor "Əməkdar mədəniyyət işçisi” fəxri adına (2020), "Humay” milli mükafatına və s. təltiflərə layiq görülüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb