• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Oqtay Əsədov Azərbaycan-İran münasibətlərindən danışdı

Oqtay Əsədov Azərbaycan-İran münasibətlərindən danışdı
19.02.2014 10:00
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov dünən axşam iranlı həmkarı Əli Laricani ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi bu gün səhər xəbər yayıb.Məlumata əsasən, Tehranda keçirilən İslam Əməkdaşlıq Təşkilatının İslam Parlamentlərarası Birliyinin (IIPU) 9-cu iclası çərçivəsində baş tutan görüşdə İran və Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və beynəlxalq məsələlər müzakirə olunub.Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Azərbaycan İranla iqtisadi əlaqələrin inkişafında maraqlıdır.O.Əsədov İran və Azərbaycan parlamentləri arasında əlaqələrin inkişafı üçün nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin artırılmasının zəruriliyini vurğulayıb.Görüşdə həmçinin Ə.Laricani deyib ki, İran və Azərbaycan arasında əlaqələrin inkişafı hər iki ölkə üçün önəm daşıyır: "Azərbaycan və İran arasında siyasi və parlamentlərarası əlaqələrin inkişafı ilə yanaşı, hər iki ölkə bütün imkanlardan ticari və iqtisadi əməkdaşlıqların inkişafı üçün də istifadə etməlidir".Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatın İslam Parlamentlərarası Birliyinin (IIPU) rəhbərlərinin 9-cu iclası bu gün səhər Tehranda öz işinə başlayıb. İclas sabah başa çatacaq. İclasda 47 ölkədən nümayəndə heyəti, o cümlədən 26 parlament sədri iştrak edir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Siyasət 14:38
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Siyasət 14:29
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Prezident venesuelalı həmkarını təbrik edib
Siyasət 11:25
Prezident venesuelalı həmkarını təbrik edib
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Siyasət 22:50
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Siyasət 20:11
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Siyasət 19:00
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Prezident Xankəndidə Ərdoğanla görüşüb
Siyasət 18:55
Prezident Xankəndidə Ərdoğanla görüşüb
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
Siyasət 18:04
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
XankəndidəECO 17-ci Zirvə görüşü başa çatıb
Siyasət 16:40
XankəndidəECO 17-ci Zirvə görüşü başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol